"Bavariya" yeni rekorda doğru

“Bavariya” Çempionlar Liqasında yeni rekord müəyənləşdirə bilrər.

Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsində “Lion”a 3:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanan Münhen təmsilçisi turnirində bu mövsüm vurduğu qolların sayını 42-ə çatdırıb.

Onlar bu göstəricidə yalnız “Barselona”dan geridə qalırlar. Kataloniyalılar 1999/2000-ci il mövsümünündə turnirdə 45 qol vurub. Finalda PSJ ilə qarşılaşacaq “Bavariya” 4 qol vursa, yeni rekord müəyyənləşdirəcək.

Qeyd edək ki, PSJ ilə “Bavariya” arasındakı həlledici matç avqustun 23-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right