"Qarabağ"ın ÇL-də ikinci oyunu başqa stadionda keçirilə bilər

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibini “Azersun Arena”da qəbul edə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"inə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında bildirib.

48 yaşlı mütəxəssis deyib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunu nəzərə alaraq, "Sileks"lə qarşılaşmadan öncə də UEFA-ya müvafiq xahişlə müraciət etsələr də, istəkləri qəbul olunmayıb: "İcazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra Respublika stadionunun ot örtüyü düzələcək. Amma yenə də biz müraciətimizi etmişik".

Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 25-26 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right