UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Zalsburq”la cavab oyunu canlı yayımlanacaq. Newsport.az xəbər verir ki, bu barədə əməkdaşımıza açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl məlumat verib: “Bu işlə konkret olaraq Avstriyaya gedəndən sonra məşğul olacağıq. İnanmıram ki, cavab oyununun canlı yayımlanması üçün hansısa problem yaşansın”.