Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Püşkün nəticəsinə əsasən, yarışın son finalçıları - Madridin "Real" və "Atletiko" klubları bu dəfə 1/4 finalda qarşılaşacaqlar.
Oyunlar aprelin 14-15-i və 21-22-də keçiriləcək.
1/4 final - püşkün nəticəsi
PSJ (Fransa) - "Barselona" (İspaniya)
"Atletiko" (İspaniya) - "Real" (İspaniya)
"Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya) - "Monako" (Fransa)