Zinəddin Zidan: "Liverpul"la qarşılaşsaq, onları məhv edəcəyik"

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Brügge"yə qalib gələn (3:1) "Real"ın baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, turnirin son qalibi "Liverpul"dan belə çəkinmədiklərini deyib:

"Həm komandamın oyunundan, həm də qələbədən razı qaldım. Oyunun əvvəlində bir qədər çətinliklə üzləşdik. Oyunçularıma özlərinə gəlməsi üçün 10-15 dəqiqə vaxt lazım oldu. İkinci hissəni isə yaxşı keçirdik.

Yoviçin məhsuldarlığı sizin yox, mənim problemimdi. O, öz üzərində işləməlidi. Yoviç hər dəfə meydana çıxanda nəyə qadir olduğunu göstərir. Düzdü, daha az oynadığından işi o qədər də asan olmur, amma özü də vəziyyəti başa düşür.

"Liveprul"la qarşılaşmaq istəməzdik? Niyə elə deyirsiz ki? “Liverpul”la üz-üzə gəlsək, bu komandanı məhv edəcəyik" (gülür).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right