İbrahimoviç: “Ətrafımda sanki 11 körpə ağlayırdı”

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə cavab oyunundan (2:2) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə,  Zlatan yenə qalmaqallı fikirlərlə çıxış edib:

"Komanda yoldaşlarım möhtəşəm oyun nümayiş etdirdilər. Belə bir önəmli matçda qırmızı vərəqə aldığım üçün özümü günahlandırıram".

Z.İbrahimoviç qırmızı vərəqə ilə cəzalandırıldığı epizod haqda da danışıb: 
"Sanki meydanda hakim yox idi. Qırmızı vərəqə aldığım epizodda "Çelsi"nin futbolçularının vəziyyəti ürəkağrıdıcı idi. Cəzalandırılmağım üçün elə bil ətrafımda 11 körpə ağlayırdı. Bütün bunlara baxmayaraq, nəticədən məmnunam".

Qeyd edək ki, bu komandalar arasında keçirilən hər iki görüşdə bərabərlik (1:1, 2:2) qeydə alınıb. PSJ səfərdə vurduğu iki qol hesabına növbəti mərhələyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right