Çempionlar Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində keçirilən "Bavariya" - "Şaxtyor" matçında meydan sahibləri ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin hücumçusu Aryen Robben oyunun 19-cu dəqiqəsində zədələnib.
Sol ayağından zədə alan hollandiyalı forvard oyunu davam etdirə bilməyib. Nəticədə Robben 19-cu dəqiqədə Sebastyan Rode ilə əvəzlənib.
Oyunun ikinci yarısında "Bavariya"nın fransalı futbolçusu Riberi də oyunu gedişində zədələnərək oyunun 60-cı dəqiqəsində əvəzlənib!