PSJ və "Bavariya" 1/4 finalda

Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.  

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkib. İsveçrədə keçirilən görüşdə  1:1 hesablı heç-heçə edən meydan “Portu” bu dəfə rəqibini darmadağın edib – 4:0. Bununla da portuqaliyalılar 1/4 finala yüksəlib. 

Madriddə isə "Real" "Şalke"ni qəbul edib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "kral klubu" bu matça bir qədər rahat çıxıb. Dramatik  oyunda qapılara yeddi qol vurulub – 3:4.  Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb.  

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gecə keçiriləcək iki matçla daha iki 1/4 finalçının adı bəlli olacaq.

“Çesli” Londonda PSJ-ni qəbul edəcək. Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bügünkü oyun maraq böyükdür.

Digər görüşdə “Şaxtyor” (Donetsk) “Bavariya”nın qonağı olacaq. “Alyans Arena”da keçiriləcək oyuna da maraq az deyil. Ukraynada oynanılan ilk qarşılaşmada  qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunur.



11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 2:2
(İlk oyun - 1:1)
Qollar: Kehil, 81 (1:0), D.Luiz, 86 (1:1), Hazard, 96-pen (2:1), T.Silva, 114 (2:2)
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 31 (PSJ)

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 7:0 (İkinci hissə)
Qollar: 
Müller, 4-pen (1:0), Boatenq, 34 (2:0), Riberi, 49 (3:0), Müller, 52 (4:0), Badştuber, 63 (5:0), Levandovski, 75 (6:0)
Qırmızı vərəqə: Kuçer, 3 ("Bavariya") 
(İlk oyun - 0:0) 

10 mart

 

"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0 
Qol: 
Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76
(İlk oyun - 1:1)

 "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - 3:4 
Qol: 
Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)
(İlk oyun - 2:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right