"Bavariya" "Şaxtyor"la oyuna ciddi itkilərlə çıxacaq

"Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"la (Donetsk) cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, komandanın zədəli futbolçuları Filipp Lam, Tiaqo Alkantara, Xavi Martines məşqlərə başlamalarına baxmayaraq, tam hazır olmadıqları üçün bu oyunu buraxacaqlar. Xabi Alonso isə ilk matçda qırmızı vərəqə aldığına görə "Şaxtyor"a qarşı matçda oynaya bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - "Şaxtyor" oyunu sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada 0:0 hesablı qolsuz bərabərlik qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right