"Qarabağ" - APOEL - faktlar

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubunu qəbul edəcək.

 

Newsport.az cavab oyunu ilə bağlı bəzi faktları təqdim edir:

 

- "Qarabağ" ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib;

 

- Turu keçən komanda pley-offda PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq;

 

- Məğlub komanda Avropa Liqasının pley-off mərhələsində "Sutyeska" - "Linfild" cütünün qalibinə rəqib olacaq;

 

- APOEL və "Qarabağ" Avropa Kuboklarında ilk dəfə rəqib olub.

 

- APOEL daha öncə iki dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşıb. 1995/96 mövsümündə "Neftçi" ilə qarşılaşan Nikosiya təmsilçisi iki oyunun nəticəsinə görə mərhələ adlayıb (0:0 / 3:0). 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində yenidən "Neftçi"yə rəqib olan APOEL bu dəfə məğlub tərəf olub (1:1 / 1:3);

 

- APOEL-i səfərdə məğlub etməklə "Qarabağ" klublarımızın Avropa Kuboklarında 100-cü qələbəsinə imza atıb;

 

- "Qarabağ" Çempionlar Liqasında keçirdiyi son 17 ev oyununda 8 qələbə qazanıb, 6 heç-heçə edib və 3 dəfə məğlub olub. Ağdam klubu evdə "Roma", "Çelsi" və BATE-yə uduzub;

 

- APOEL Çempionlar Liqasında keçirdiyi son 19 səfər görüşündə 3 qələbə qazanıb, 6 heç-heçə edib, 10 dəfə uduzub.

 

13 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu

 

20:30 Qarabağ- APOEL | İlk oyun: 2-1
Baş hakim:
 Daniel Siber
Yan xətt hakimləri: Yan Sedel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid Imamoviç (Bosniya və Herseqovina)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right