APOEL baş məşqçini istefaya göndərdi – “Qarabağ”a uduzduğuna görə

APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb.  İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

Başqa bir xəbərə görə, “Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə  almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir.  53 yaşlı Dollun sonuncu iş yeri Almaniyanın “Hannover” klubu olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", “Borussiya” (Dortmund), “Gənclərbirliyi” (Türkiyə),  "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın “Ferensvaroş” komandalarında da baş məqşçi kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right