APOEL-i "Qarabağ"la oyuna "Borussiya"nın keçmiş baş məşqçisi çıxaracaq

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

Newsport.az-ın məlumatına görə, Nikosiya təmsilçisini Ağdam klubu ilə Bakıda keçiriləcək cavab qarşılaşmasına almaniyalı mütəxəssis Tomas Doll çıxaracaq. APOEL rəhbərliyi 53 yaşlı mütəxəssislə ilkin danışıqlar aparıb. Dollun Nikosiya şəhərinə yollandığı qeyd edilib.

Son olaraq "Hannover"i çalışdıran Tomas Doll "Hamburq", "Borussiya" (Dortmund), "Gənclərbirliyi", "Əl-Hilal", "Ferentsvaroş" klublarının da baş məşqçisi olub.

"Qarabağ" - APOEL oyunu avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right