"Tribunada erməni bayrağının asılması qeyri-qanuni deyil" - APOEL rəsmisi

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun idarə heyətinin üzvü Nektarios Petevinos açıqlama verib.

 

Newsport.az xəbər verir ki, klub rəsmisi şanslarının az olduğunu deyib:

 

"Qarabağ" Avropa Kuboklarında mütəmadi çıxış edən və 11 il eyni baş məşqçinin rəhbərliyində olan güclü klubdur. Hər şeyə iki oyunun nəticəsindən sonra aydınlıq gəlir. Yekunda uda da bilərsən, uduza da. Açığı, şansımız "Qarabağ"dan daha azdır. Nəticə ədalətsizdir, çünki "Qarabağ" ən yaxşı deyildi. Meydanda olmalı olduğumuz qədər yaxşı deyildik. Çətin səfərə gedəcəyik və azı iki qol vurmalıyıq. Əgər qol vursaq, müsbət nəticə ola bilər. Eyni zamanda bəxtsiz anlar da yaşadıq. Əks-hücumlarda daha təhlükəli idilər Son dəqiqə qolu ümidimizi artırdı. Səhvləri görməli və düzəltməli, cavab matçında "Qarabağ"la savaşmalıyıq İlk oyunda uduzduğumuzu qəbul etməliyik".

 

Tribunada erməni bayrağının asılmasını Azərbaycan mətbuatı təxribat kimi qələmə verib. Nektarios Petevinos açıqlamasında bunun qeyri-qanuni olmadığını bildirib: "Bu məsələlərdə rəsmi hüququm yoxdur. Yazılanları oxumuşam. Ancaq burada qeyri-qanuni bir şey baş verməyib. Azərbaycana səfər çətindir. Bəzi problemlərin Azərbaycanın Türkiyə ilə yaxın münasibətlərindən olduğunu bilirik".

 

Cütün cavab matçı avqustun 13-ü, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Matçın start fiti saat 20:30-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right