"Klub və futbolçular “Qarabağ”la oyunların nə qədər önəmli olduğunu bilir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edəcək APOEL-in baş məşqçisi Paolo Trametsani mətbuat konfransında fikirlərini bölüşüb.

 

Newsport.az "Kerkida"ya istinadən xəbər verir ki, italiyalı mütəxssis öncə oyunla bağlı danışıb:

 

- Nə olacağını bilmirik, hər şeyə son dəqiqədə aydınlıq gələcək. Musa Əl-Tamari oynamasa, 3-4-3 taktiki sxemindən yararlanacağıq. Çünki irəlidə daha çox olmağa ehtiyacımız var. Bu oyunda çox şeyi dəyişdirmək mümkün deyil. “Qarabağ”da 11 ildir eyni baş məşqçi çalışır.
 
- “Qarabağ”ın güclü və zəif cəhətləri hansıdır?
- Topa sahib olmağı və sürətli hücumları sevirlər. Çox diqqətli olmalıyıq. Rəqib çox yaxşı komandadır. Təxminən, hər oyun 64 faiz topa nəzarət edən tərəf olurlar. Hazır olmalıyıq. Əks-hücumlara da üstünlük verə bilərik. “Qarabağ” təkli epizodlarda da yaxşı təsir bağışlayır. Hər şeyə hazır olmalıyıq.
 
- İlk oyunun evdə olması problem deyil?
- Bizim üçün önəmli olan heç bir şeyi ifadə etmir. Düzgün hazırlaşmalıyıq. Komandamız həm evdə, həm də səfərdə yaxşı oynaya biləcəyini göstərib. Futbolçularıma inanıram və problem olacağını düşünmürəm. 
 
- Qalib tərəf pley-offda “Ayaks” – PAOK cütünüdə mərhələni keçən komanda ilə qarşılaşacaq.
- Pley-offu indidən düşünmək doğru olmaz. Növbəti iki oyunu düşünürük. Klub və futbolçular “Qarabağ”la oyunların nə qədər önəmli olduğunu bilir.
 
- Musa Əl-Tamaridən başqa hansı zədəli oyunçu var?
- Musa yeganə problemdir. Son 2-3 gündə düzəldi, ancaq onu aylarla itirmək riskiylə qarşı-qarşıya qoya bilmərik. Oyun saatına qədər gözləməliyik. Oynamasa, böyük itki olacaq.
 
- Üç müdafiəçi ilə oynamaq nə dərəcədə uğurlu alınır?
- Jurnalistlər oyun sistemiylə maraqlanmağa meyl edir. Sabah necə oynayacağımız önəmli deyil.  Bir qərar verəcəyik. Avropada 3-5-2 sxemi bizə güvənlik verir. Mən bura gələndən bu sistemlə çoxlu qol vurmuşuq və çox az top buraxmışıq. Sabahkı oyun mütləq çətin olacaq. Hücum xəttləri güclüdür, 10 nəfərlə müdafiədə oynaya bilmərik. Yenə də sual versəniz ki, ən yaxşı sistem budur? Belə olmaya bilər, ancaq bizə inam verir. Özümüzü rahat hiss edirik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right