"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Dandolk" klubunu qəbul edir.
Newsport.az-ın məlumatına görə, "Dalğa Arena"da keçirilən qarşılaşmanın ikinci hissəsində Ağdam təmsilçisinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Mühafizə xidmətinin işçiləri "İmarət" qrupunun 10-larla üzvünü həbs etmişdir.
Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında bildirib ki, saxlanılar azarkeşlər hər biri azad edilib.
Qeyd edək ki, Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və 3-cü təsnifat mərhələsinə yüksəlib.