"Qarabağ" "Dandolk"u darmadağın etdi Yenilənib

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş yerli vaxtla saat 21:00-da start götürəcək.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, məğlub olan komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.


Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) 3:0 

Qol: Xaime Romero, 12,86, Ailton Silva, 77
Baş hakim:
 Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right