"Dandolk"un baş məşqçisi: "Oyunun taleyi 90 dəqiqə ərzində həll olunacaq"

"Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb meşq edəcəyik. Məşqdən sonra iclas olacaq". 

Newsport.az-ın məlumatına görə, bu fikirləri İrlandiyanın "Dandolk" klubunun baş məşqçisi Vinni Pert "Qarabağ" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib. 

43 yaşlı mütəxəssis "Dalğa Arena"da baş tutan mətbuat konfransında bildirib ki, "Qarabağ" daha yaxşı vəziyyətdədir. Biz arzumuz var. Onlara qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik".  

Məşqçi Ağdam təmsilçisi topa daha çox nəzarət edən tərəf olacaq. Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Nəzərə alsaq bundan öncə penalti seriyasında udmuşuq. Bizdə təcrübə var. Sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq". 

Pert çempionatda və ölkə kubokundakı matçlarının təxirə salınmasına da toxunub: "Kifayət qədər güclü balanslı heyətimiz var". 

İyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right