"Dandolk" Bakıya gəlir 150 min avroluq uçuş

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq İrlandiyanın "Dandolk" klubu Bakıya yola düşüb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komanda Azərbaycana çarter reysiylə gələcək. Bunun üçün klub 150 min avro xərc çəkib. Çempionlar Liqasının I təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu mübarizədən kənarlaşdıran İrlandiya çempionu 400 min avro gəlir əldə edib. Bu səbəbdən də klub rəhbərliyi belə qərar verib.

İyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dandolk" görüşünün start fiti 21:00-da səslənəcək.

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

Image

Image

Image

Image

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right