"Qarabağ"ın 100-cü qolu

“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub.

Newsport.az-ın məlumatına görə, yubiley qolu Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçına təsadüf edib.

Azərbaycan çempionunun 2:0 hesablı qələbəsiylə bitən qarşılaşmada hesabı açan Filip Ozobiç 99-cu qolun müəllifi olub. 100-cü qola isə Dani Kintana imza atıb.

"Qarabağ" II mərhələdə İrlandiya təmsilçisi "Dandolk"la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right