"Rəqib bizdən qat-qat güclüdüsə..." - "Partizani"nin baş məşqçisi

Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı cavab oyunundan (0:2, ilk oyun – 0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?
- “Qarabağ” 2 qol vurdu, ancaq “Partizani” qol vura bilmədi. Bu qədər sadədi. Futbolda hər şey ola bilər. Bizim də epizodlarımız oldu. Təəssüf ki, fərqlənə bilmədik. Rəqib isə əlinə düşən imkanlardan artıqlaması ilə yararlandı.

- Komandanız hər iki matçda ultramüdafiə futbolu oynadı. İmkan olsa, bu oyun üslubunu dəyişərdiz?
- Bu, rəqibin gücündən asılı idi. Rəqib bizdən qat-qat güclüdüsə, müdafiə futbolu oynayırıq. Eyni səviyyədə və daha zəif komandalarla matçlarda daha çox hücum edirik.

- Bakıdan qıcıqla ayrılırsız, yoxsa növbəti mərhələlərdə “Qarabağ”a azarkeşlik edəcəksiz?
- Qıcıqlanmırıq. “Qarabağ”a uğurlar arzulayırıq. Ancaq daha çox öz komandama azarkeşlik edirəm.

- “Qarabağ”ın nə qədər irəli gedə biləcəyini düşünürsüz?
- “Qarabağ”, həqiqətən də, güclü komandadı. Ancaq deyə bilmərəm ki, hara kimi gedəcəklər. Rəqibin Kintana kimi futbolçusu var. Lazım olan anda meydana çıxıb, qol vurdu. Ailton da çox dəyərli futbolçudu.

- Butulkaya təpik vurduğunuz üçün sarı vərəqə ilə cəzalandırıldız. Bu, penaltilərlə bağlı planınızın pozulmasına görə idi?
- Bu, oyun əsnasında olan bir emosiya idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right