Qurban Qurbanov: "Rəqib müdafiə olunmaqdan həzz alırdı"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (1:0, ilk oyun – 0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularıma təşəkkür edirəm. Çox səbrli oynadılar. Lazım olan anda hücum etməyi bacarırdılar. Baxımlı oyun oldu. Bəlkə də, ilk tur üçün ən çətin rəqiblərdən biri idi. Rəqib müdafiə olunmaqdan yorulmurdu və bundan həzz alırdı. Sürətli əks-hücumları isə yaxşı alınırdı. Bu gün hər bir futbolçu nəticə qazanmaq üçün maksimum gücünü ortaya qoydu. Azarkeşlərimizə möhtəşəm dəstəyə görə təşəkkür edirəm.

- İlk matçdan sonra komanda ağır olduğuna görə tənqid edilirdi. Bu gün isə çox sürətli oyun alındı. Doğrudan da,  düzəlmək üçün 1 həftəmi lazım idi?
- Açığı, mən heç bir tənqidə rast gəlməmişəm. Amma ümumən, komanda hələ ən yaxşı performansından uzaqdı. Hazırlıq prosesindən sonra hər komandada futbolçuların hazırlığı fərqli olur. Bunu görürük, qəbul edirik. Bəzi futbolçular məşqlərə gec qoşuldu, yeni transferlərimiz oldu. Futbolçuların hazırlıq səviyyəsi fərqlidi. Nə qədər məşq etsək də, oyun tamam fərqlidi.

- Növbəti mərhələ üçün son transferlərin hər ikisini sifariş edəcəksiz?
- Yəqin ki.

- Bədavi Hüseynovun durumu nə yerdədi?
- Sual altındadı. Növbəti mərhələdə cavab oyununu da buraxa bilər.

- Mərkəz müdafiəçisi transfer etdəcəksiz?
- Biz legionerlər hesabında komandada futbolçu sayını artırmalı deyilik. Faysal Rerras həm sol, həm sağ cinahda oynaya bilir. Belədə, ehtiyac yaranarsa biz Maksim Medvedevi mərkəzdə oynada bilərik.

- Növbəti rəqibiniz “Dandolk” oldu. Bu rəqib haqda nə deyə bilərsiz?
- Hələ fikir bildirmək tez olar. Daha ətraflı məlumat əldə etdikdən sonra danışmaq olar. Çətin olduğu həmən göründü. Səfər də uzun olacaq. Bu da yorğunluq yaradacaq. Ancaq çalışacağıq ki, maksimum hazır olaq.

- Hər iki matçda bir çox qol imkanı boşa verildi...
- İstərdik ki, həmin epizodlar da qol olsun. Rəqib qol buraxmamaq üçün hər şeyi edirdi. Bəzi epizodlarda topu hətta xəttin üstündən çıxardılar. Bu da futbolun bir hissəsidi.

- Adətən “Qarabağ”ın ifasında daha təmkinli futbol görmüşük. Son iki matçda daha çox hücum etdiz...
- Nə qədər topa sahib olsaq da, hücuma da fikir verməliyik. Bu gün də az topa sahib olmadıq. Son dəqiqələrdə hücumlar daha sürətli alındı deyə, top az müddət bizdə oldu. Rəqib bütün zonaları bağlayırdı, 6-7 futbolçu birəbir mübarizə aparırdı oyunçularımızla. İlk matçda hücumlarımız o qədər də çox olmamışdı. Ancaq doğma meydanda azarkeşlərin də dəstəyilə rəqibi qapısına sıxışdıra bildik.

- Ailtonun ilk oyunundakı performansı necə idi?
- Normal. Ən yaxşı formasından bir qədər uzaqdı. Oyun təcrübəsi də azdı. Ancaq təcrübəsi hiss olundu. Onu kimləsə müqayisə etmək istəmirəm. Hər futbolçudan öz potensialına görə tələbimiz olur. Onun oyunu heç də pis alınmadı. Ancaq daha da yaxşı olmalıdı. Zamanla performansı yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right