Qurbanov: "Partizani"nin bu qədər müdafiədə oturacağını gözləmirdik"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubuyla heç-heçə edən (0:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis matçın çətin keçdiyini deyib:

 

- Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik.

 

- Bu matçı ötən mövsüm "Kukesi" ilə 0:0 hesbalı heç-heçə etdiyiniz ilk oyunla müqayisə etmək olar?

- Düşünmürəm. "Kukesi" və "Partizani" fərqli keyfiyyətlərə malik komandadır. Bir il öncə keçirilən oyunu düşünmürəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right