UEFA Luis Suaresi cəzalandıracaqmı?

UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə oyunda rəqibi Martin Demiçelisi dişləmək istəyən "Barselona"nın hücumçusu Luis Suaresi cəzalandırmayacaq. 

Newsport.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın baş hakimi həmin epizodu protokolunda qeyd etməyib. 

Bu səbəbdən UEFA uruqvaylı futbolçunu cəzalandırmayacağını açıqlayıb. 

Xatırladaq ki, L.Suares bundan əvvəl üç dəfə rəqib futbolçunu dişləyib. O, İngiltərədə Branislav İvanoviçi dişlədiyi üçün 10 oyun, Hollandiyada Otman Bakkala eyni hərəkəti etdiyinə görə 7 oyunluq cəzalandırılmışdı. L.Suaresə ən ağır cəza Uruqvay millisi ilə "DÇ-2014"də İtaliya yığmasının müdafiəçisi Corcio Kyellinini dişlədiyi zaman verilib. Bu hərəkətinə görə o, 
FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right