Mançesterdə qalmaqal: Neymar azarkeşi "razborka"ya çağırdı VİDEO

Çempionlar Liqasının 1/8 finalında dünən keçirilən "Mançester Siti" -"Barselona" matçından (1:2) sonra qalmaqal yaşanıb. 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın son dəqiqəsində tribunada meydan sahiblərinin azarkeşlərindən biri ehtiyat oyunçular skamyasında əyləşən "Barsa"nın futbolçusu Neymarla mübahisə edib. "Mançester Siti"li azarkeş braziliyalı hücumçunu simulyant adlandırıb.  Buna əsəbiləşən Neymar paltardəyişmə otağına yollanarkən həmin azarkeşi yanına çağırıb və onunla mübahisə edib. Mühafizəçilərin müdaxiləsindən sonra gərginliyin daha da artmasının  qarşısı alınıb.

Matçdan sonra Neymar jurnalistlərə azarkeşin onu portuqal dilində söydüyünü söyləyib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right