"Kuboku qazanmaq yanından keçməkdən yaxşıdır" - Yurgen Klopp

"Kuboku qazanmaq ondan bir neçə santimetr yan keçməkdən yaxşıdır. Özümü rahat hiss edirəm. Azarkeşlərimizə və futbolçularımıza görə çox sevinirəm. Keçirdiyim əsas hiss rahatlama duyğusudur".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Tottenhem"i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Jurnalistlər qarşısına pivə şüşəsi ilə çıxan alman mütəxəssis əvvəlcə təəssüratlarını bölüşüb:

"Liverpulda gəzəndə bu oğlanların nə etdiyini daha yaxşı anlayacağıq. Bu, çətin mövsüm üçün gözəl sonluq oldu. Böyük rahatlıq hiss edirəm. Həm də ailəmə görə. Son 6 finaldan gümüş medalla ayrılmışdıq ki, bu da yaxşı hal deyil".

Oyunla bağlı da fikirlərini açıqlayan Klopp qapıçı Alisson Bekerin çıxışını qeyd edib: "Görüşün sonlarında Alisson bir neçə seyv etməli oldu. O, keçilməz idi. Niyə qalib gəldiyimizi izah etmək fikrim yoxdur. Qələbədən zövq almaq istəyirəm.

Futbolçulara, ailəmə görə sevinirəm. Əlbəttə, öz uğuruma görə şoka düşəcəyim an da olacaq. Çox emosional anlardır. Amma mən gözlədiyimdən sakitəm. Kuboka toxunmaq mənim üçün elə də vacib deyildi. Onu futbolçularımın əlində görmək daha xoş idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right