Çempionlar Liqasının finalında sükut

Çempionlar Liqasının "Tottenhem" və "Liverpul" arasında keçiriləcək final oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Newsport.az-ın məlumatına görə, İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin vəfat etməsi səbəbindən final sükutla başlayacaq.

 

Xose Antonio Reyes kariyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib.

 

O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı.

 

Qeyd edək ki, bu gün Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right