Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçiriləcək.
İngiltərədə "Arsenal" "Monako"nu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Digər oyun Almaniyada baş tutacaq. Burada "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunu sınağa çəkəcək. Bu matçın da start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.
25 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Arsenal" (İngiltərə) - "Monako" (Fransa) - 1:3
Qollar: Kondoqbia, 38 (0:1), Berbatov, 53 (0:2), Çemberleyn, 90+1 (1:2), Fereyra, +04 (1:3)
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0
Qol: Çalhanoğlu, 57 (1:0)
Qırmızı vərəqə: Tiaqo, 77 ("Atletiko")