Ronaldo "Yuventus"a 5,5 milyon avro qazandırdı - Bir oyuna

"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə evdə keçirdiyi cavab oyunu üçün bilet satışı gəlirinin rekord həddə çatdığını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, klub bu oyundan 5,5 milyon avro qazanıb.

Turinlilərin əvvəlki rekordu bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb. Həmin vaxt bilet satışından 5 milyon avro gəlir əldə olunub.

"Yuventus" 1/8 final mərhələsinin ilk matçında rəqibinə 0:2 hesabı ilə uduzsa da, İtaliyadakı qarşılaşmada Kriştianu Ronaldonun het-triki sayəsində növbəti mərhələyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right