"Liverpul"la "Barselona" 1/4 finalda Yenilənib

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, keçirilən iki oyunla sonuncu 1/4 finalçılar müəyyənləşib.

“Barselona” evdə ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Lion”u qəbul edib. Oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Bu nəticə katalonları 1/4 finala yüksəldib.

“Bayern” isə evdə “Liverpul”la qarşılaşıb. Qonaqlar Münhen klubuna 3:1 hesabı ilə qalib gəlib. İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün "Liverpul" 1/4 finala adlayıb.


Çempionlar Liqası

 

1/8 finalın cavab oyunları

13 mart

00:00. "Barselona" - "Lion" - 5:1
Qollar:
 L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul" - 1:3
Qollar:
 S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right