Çempionlar Liqasında qol səsi çıxmadı Yenilənib

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gecə daha iki matç keçirilib. "Liverpul" doğma meydanda "Bavariya"nı,  "Lion" isə "Barselona"nı qəbul edir. Hər iki görüşdə qapılara top vurulmayıb. Səfərdə qolsuz heç-heçəyə nail olan "Barselona" və "Bavariya" evə sərfəli nəticə ilə qayıdıb.

Bu komandalar arasında cavab matçları martın 14-də keçiriləcək.

Qeyd edək ki, 1/8 finalın mərhələsinin ilk oyunlarına fevralın 20-də "Şalke" - "Mançester Siti" və "Atletiko" - "Yuventus" görüşləri ilə yekun vurulacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. "Olimpik Lion" stadionu





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah