Ramos 600-ə çatdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində hazırda keçirilən “Ayaks” – “Real” matçı qonaqların kapitanı  Serxio Ramos üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi Madrid klubu ilə 600-cü matçına çıxıb.

Ramos bu göstəricidə klub tarixində 7-cidir. O, Fernando Yerro, Fransisko Xento (hər ikisi 601 oyun), Santilyana (645), Manuel Sançes (710), İker Kasilyas (725) və Rauldan (741) geri qalır.

Qeyd edək ki, 2005-ci ildən “Real”da çıxış edən ispaniyalı futbolçu bu klubla 20 müxtəlif mükafat qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right