Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Belarusun BATE klubu "Qarabağ"ı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, Borisov təmsilçisi sözügedən oyunun hazırlıqlarını tamamlayıb. Komanda Aleksey Baqanın rəhbərliyi altında matçın keçiriləcəyi "Borisov Arena"da son məşqini keçirib.
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə 21:00-da baş tutacaq. Cütün ilk görüşündə BATE 1:0 hesablı qələbə qazanıb.







