Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) oyununa bilet satışı davam edir.
Newsport.az-ın məlumatına görə, matça 13 min bilet satılıb. Biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.
Qeyd edək ki, “Qarabağ” – BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.