"Şkendiya", "Dinamo" və "Spartak" ÇL-in üçüncü mərhələsində Yenilənib

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Newsport.az saytının məlumatına görə, keçirilən oyunlardan sonra 3-cü mərhələyə yüksələn 3 komandanın adı bəlli olub.

Öz meydanında "Hapoel"ə 5 cavabsız qolla qalib gələn Zaqreb "Dinamo"nu bu dəfə rəqibi ilə İsraildə qarşılaşıb. İlk yarısında qapısında 2 qol görən Xorvatiya çempionu fasilədən sonra yenilgidən qaçıb - 2:2.

"Şerif" Makedoniyada 0:1 hesabı ilə uduzduğu "Şkendiya"nı öz meydanında qəbul edib. Moldova çempionunun səylərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 

Slovakiyanın "Spartak" klubu isə "Legiya"nı qəbul edib Trnava təmsilçisi Polşada keçirilən görüşdə 2:0 hesablı qələbə qazanmaq böyük üstünlüyə malik idi. Cavab görüşü "Legiya"nın 1:0 hesablı qələbəsi ilə tamamlansa da, bu, ümumi qələbə üçün kifayət etməyib. 


31 iyul 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya) 2:2
Qollar:
 Ogu, 14 (1:0), Stojanoviç, 34-avtoqol (2:0), Budimir, 49 (1:2), Hajroviç, 54 (2:2)
İlk oyun - 0:5

“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya) 0:0
İlk oyun - 0:1

"Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa) 0:1
Qol: 
Astiz, 63
İlk oyun – 2:0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right