"Çox çətinlik çəkdik, amma sonda vacib qələbə qazandıq. Çempionlar Liqasında acı çəkmədən qələbə qazanmaq mümkün deyil".
Newsport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Bavariya"nı 2:1 hesabıyla məğlub etdikləri oyundan sonra qonaqların baş məşqçisi Zinəddin Zidan bildirib:
Zidan "Bavariya"nın cavab matçında qalib gəlmək gücünün olduğunu deyib:
"Hələ cütün taleyi həll olmayıb. "Bavariya"nın "Santyaqo Bernabeu"da qələbə qazanmaq gücü var. Biz Münhendə qalib gəldiyimiz üçün xoşbəxtik. "Yuventus"la görüşdən sonra rəqibə necə yaxınlaşacağımızı artıq bilirik. Diqqətli olmalıyıq. Yoxsa işlər bizim üçün pis ola bilər".
Zidan 35 yaşlı Frank Riberini tərifləyib:
"Bu gecə Riberi mükəmməl oyun sərgilədi. Həqiqətən də möhtəşəm futbolçudur".
Qed edək ki, tərəflər arasında cavab görüşü 1 may, Bakı vaxtıyla saat 22:45-də olacaq.