"Uşaqlığımdan bəri onun oyununu izləyərək böyümüşəm" "Roma"nın oyunçusu

UEFA Çempionlar Liqasının ¼ finalında “Barselona”nı  3-0 məğlub edərək mərhələ adlayan “Roma”nın futbolçusu Cengiz Ündər oyunsonrası jurnalistlərələ fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, 20 yaşlı hücumçu tarixi zəfərin keyfini çıxardıqlarını bildirib:

“Çox xoşbəxtik. 4-1 məğlub olmuşduq və bizim üçün çox çətin idi. İnanaraq meydana çıxmışdıq. Dünyanın ən güclü klublarından biri “Barselona”ya qarşı oynadıq. Messi mənim kumirimdir. Uşaqlığımdan bəri onun oyununu izləyərək böyümüşəm. “Barselona”nı məğlub etmənin sevincini yaşayırıq”.

Qeyd edək ki, ilk görüşdə səfərdə 4-1 məğlub olan “canavarlar” cavab matçında 3-0 qalib gələrək ½ finala vəsiqə qazanıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right