"Real" Parisə 24 futbolçu ilə getdi

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah PSJ ilə cavab oyununa çıxacaq "Real" artıq Parisə yollanıb.

Newsport.az-ın məlumatına görə, "kral klubu" səfərə 24 futbolçu aparıb. Bir müddətdi zədədən əziyyət çəkən və La Liqanın ötən turunda "Xetafe" ilə görüşü buraxan yarımmüdafiəçilər Luka Modriçlə Toni Kroos da Fransaya gedən heyətdə yer alıblar.

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Zidan

Müdafiəçilər: Dani Karvahal, Xesus Valyexo, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Teo Ernandes, Aşraf Hakimi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Lyorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Daniel Sebalyos

Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral

Qeyd edək ki, PSJ - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. İlk matçda İspaniya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right