Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Dünən keçirilən son iki matçdan sonra statistik göstəricilər açıqlanıb.
Newsport.az-ın məlumatına görə, ən çox seyv edən qapıçıların siyahısında maraqlı məqam qeydə alınıb. Burda artıq turnirdə mübarizəni dayandıran "Qarabağ"ın qapıçısı liderlik edir. 6 matçda 35 qurtarışa imza atan İbrahim Şehiç hamı üçün əlçatmazdı.
Bosniyalı qolkiiperi ÇL-də mübarizəni dayandıran daha bir komandanın - Sloveniya "Maribor"unun "çərçivə" qoruyucusu Yasmin Handanoviç və "Şaxtyor"un qapıçısı Andrey Pyatov izləyir - 32 qurtarış. Sonuncu bu saya 7 matçda çatıb.