Baş məşqçi "Zorro" oldu

"Şaxtyor"un baş məşqçisi Paulu Fonseka maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.

 

Newsport.az xəbər verir ki, Çempionlar Liqasının sonuncu turunda evdə İngiltərənin "Mançester Siti" klubunu qəbul edən "Şaxtyor" inamlı qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. (2-1) Adıçəkilən oyundan sonra ev sahiblərinin baş məşqçisi Fonseka verdiyi sözün üstündə dayanaraq mətbuat konfransına "Zorro" kostyumunda gəlib. Xatırladaq ki, portuqaliyalı çalışdırıcı oyundan öncə futbolçularına, 1/8 finala çıxacaqları təqdirdə mətbuat konfransına "Zorro" qiyafəsində gələcəyini deyib.

 

44 yaşlı çalışdırıcıi bunun səbəbini belə izah edib: "Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir". 

 

Qeyd edək ki, F qrupunda qərarlaşan Ukrayina təmsilçisi "Mançhester Siti" ilə birlikdə 1/8 finala yüksəlməyi bacarıb. Digər iki komandadan  "Napoli"  Avroliqada mübarizəni davam etdirəcək.   "Feynoord" üçün isə Avropa macərası sona çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right