“Mançester Siti” - “Barselona” oyununun vaxtı açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə , bu mərhələnin matçlarına gələn il, fevralın 17-i keçiriləcək PSJ-"Çelsi" və "Şaxtyor" - "Bavariya" oyunları ilə start veriləcək.

Ümumilikdə, ilk görüşlər 17-18 və 24-25 fevral, cavab qarşılaşmaları isə 10-11 və 17-18 mart tarixlərində oynanılacaq.

 
1/8 final mərhələsi

 
17 fevral/11 mart

 
PSJ (Fransa) - “Çelsi” (İngiltərə)
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Bavariya” (Almaniya)
 
18 fevral/10 mart

“Şalke” (Almaniya) - “Real” (Madrid, İspaniya)
“Bazel” (İsveçrə) - “Portu” (Portuqaliya)
 
24 fevral/18 mart

“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya)
“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)
 
25 fevral/17 mart

“Bayer” (Leverkuzen, Almaniya) - “Atletiko” (Madrid, İspaniya)
“Arsenal” (İngiltərə) - “Monako” (Fransa)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right