Newsport.az xəbər verir ki, matça həddən artıq maraq olduğu üçün, hətta xarici ölkələrdən də bu qarşılaşmanı seyr etməyə fanatlar gəlib. Bunların arasında “Çelsi” klubunun İraq fan-klubu da var. Onlar dünəndən paytaxtımızdadır.
İraqlı azarkeşlər hətta dünən London klubunun baş məşqçisi Antonio Konte ilə də görüşüblər. Onlar italiyan məşqçi ilə “selfie” də çəkdirməyə imkan tapıblar.



