“Real” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində APOEL-lə qarşılaşma öncəsi Kiprə gəlib.
Newsport.az xəbər verir ki, oyunun keçiriləcəyi Nikosiya şəhərində insident yaşanıb. Ronaldo mətbuat zonasında jurnalistlərin suallarını cavablandırıb.
Azarkeşlərdən biri saxta vəsiqə ilə o zonaya daxil ola bilib. O, qəflətən Ronaldoya yaxınlaşaraq, onunla selfi çəkdirmək istəyib. Təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi sayəsinə azarkeşi zərərsizləşdirmək mümkün olub.
APOEL - “Real” oyunu bu gün keçiriləcək.
