"Şehiç bu gün mağazanı bağlamışdı" - Kuba FOTO

"Qarabağ"ın oyunçusu Kuba Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə oyundan sonra maraqlı paylaşım edib. 

Newsport.az-ın məlumatına görə, polşalı müdafiəçi komanda yoldaşı - bugünkü matçda etibarlı oyunu ilə yadda qalan qapıçı İbrahim Şehiçlə selfi edərək, onu tərifləyib: "Madrid komandası ilə qarşılaşdıq. Şehiç bu gün mağazanı bağlamışdı. Komandaya afərin". 

 

Xatırladaq ki, "Qarabağ" "Atletiko" ilə qolsuz heç-heçə sayəsində qrup mərhələsində ilk xalını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right