"Qalatasaray" uduzdu, "Real" və "Monako" qalib gəldi YENİLƏNİB

Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun  oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə,  A, B, C və D qruplarının  görüşləri oynanılacaq.
  
A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olacaq. Artıq Madrid klubu “pley-off”a vəsiqəni təmin edib. “Yuventus” isə 1/8 finala çıxmaq üçün ən azı “Atletiko”dan bir xal almalıdır. Qrupun digər oyununda  ”Olimpiakos” “Malmö” nü qaəbul edəcək. 

B qrupunda “Real” “Ludoqorets”i, “Liverpul” isə  “Bazel”i qəbul edəcək. “Real” artıq 1/8 finala vəsiqə qazanıbsa, “Liverpul” və “Bazel” isə bugünkü görüşdə məsələyə aydınlıq gətirəcək.

 C qrupunda “Zenit” “Monako”nun,  “Benfika” isə “Bayer”in qonağı olacaq. 

 Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutacaq. Burada “Qalatasaray” “Arsenal”ı qəbul edəcək. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan “Cim-bom” bugünkü görüşdə təsəlli qələbəsini qazanmağa çalışacaq. Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edəcək.

 

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) - 0:0

23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç) - 4:2
Qollar: 
Fuster, 22 (1:0), Kron, 59 (1:1), Dominqez, 63 (2:1),Rosenberq, 81 (2:2), Mitroğlu, 89 (3:0), Affelay, 90 (4:0)
Qırmızı vərəqə: Adu, 90+3 ("Malmö")

B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: 
Fray, 25 (0:1), Cerard, 81 (1:1)
Qırmızı vərəqə: Markoviç, 60 ("Liverpul")

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) - 4:0 

Qollar: Ronaldo, 20-pen (1:0), Beyl, 38 (2:0), Arbeloa, 80 (3:0), Medran, 88 (4:0)
Qırmızı vərəqə: Marselinyo, 19 ("Ludoqorets")

C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya) - 2:0 
Qollar: 
Abdennour, 63 (1:0), Fabinyo, 89 (2:0)

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) - 0:0
Qırmızı vərəqə: 
Toprak, 90+1 ("Bayer", Leverkuzen)

D qrupu 

23:45. "Borussiya" (Dortmund, Almaniya)  - "Anderlext" (Belçika) - 1:1

Qollar: İmmobile, 58 (1:0), Mitroviç, 84 (1:1)

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 1:4
Qollar:
 Podolski, 3 (0:1), Remzi, 11, 29 (0:3), Sneyder, 89 (1:3), Podolski, 90+3 (1:4)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right