Bu gün UEFA Çempionlar Liqasında “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak iddialı paylaşımı ilə gündəmə gəlib.
Newsport.az-ın məlumatına görə, “Tvitter” hesabında komanda yoldaşları Dino Ndlovu və Maksim Medvedevlə şəklini paylaşan müdafiəçi cənubi afrikalı forvardın qol vuracağına işarə verərək bu sözləri yazıb:
“Sabah bu oğlan qol vuracaq”.
