"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında qarşılaşacağı "Kopenhagen"lə matçın hazırlıqlarını tamamlayıb.
Newsport.az-ın məlumatına görə, təmsilçimiz bu gün matçın keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Yerli vaxtla saat 19:30-da (Bakı vaxtıyla 21:30) başlayan məşq təxminən 1 saat davam edib. Komandamızın son hazırlığını klubumuzun vitse-prezidenti Tahir Gözəl də izləyib.
