baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsininin cavab oyunları çərçivəsində keçirilən “Şerif” – “Qarabağ” (1-2) matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov newsport.az saytına müsahibə verib.
- Əvvəlcə qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?
- Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Hər zaman bizim yanımızda olan, gün də bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm.
- Pley-offdan gözləntiniz nədir?
- Hələ ki, bu haqda heçnə düşünmürük. Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.
- Maksim Medvedyev məcburi əvəzlənməli oldu. Zədəsi nə dərəcədə ciddidir?
- Bəli, Maksim oyunu davam etdirə bilmədi. Bu gün həkim muayinəsindən sonra zədəsinin nə dərəcədə ciddi olub-olmamasını biləcəyik. Məncə elə də ciddi bir şey olmamalıdır.
- Yakub Jezniçak barmağı və burnu sındı. Kubanın durumu necədi?
- İlk hissədə burnu, ikinci hissədə isə barmağı sındı. Amma bu zədələrin onun məşqə qatılmağına problem yaradacağını düşünmürəm.
- Komanda məşqləri nə vaxtdan bərpa edəcək?
- Bu gün komanda istiarahət edib, sabahdan məşqlərə davam edəcək.