Newsport.az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hal-hazırda “Dinamo Arena”da davam edən matçı izləyənlər arasında qonşu ölkənin bir sıra tanınmış veteran futbolçuları var.
Belə ki, veteran futbolçu, hazırda Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, bir vaxtlar Tbilsi “Dinamo”sunun əvəzedilməz oyunçularından sayılan Aleksandr Çivadze və Otar Qabelia matçı izləyənlər sırasındadır.

