UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) matçının biletləri iyulun 7-dən etibarən satışa çıxarılacaq.
Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 AZN arasında dəyişəcək. VİP biletlər isə 30 AZN dəyərindədir.
Biletlər Respublika stadionunun kassalarında satışa çıxarılacaq.