"Liverpul" klubunun hücumçusu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb.
Newsport.az-ın məlumatına görə, italiyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində Madrid "Real"ıyla oyunun fasiləsində rəqib müdafiəçi Pepe ilə formasını dəyişib.
Balotellinin bu hərəkəti "Liverpul"un baş məşqçisi Brendan Rocersi qəzəbləndirib. Təcrübəli mütəxəssis bu hərəkətinə görə futbolçunu cəzalandıracağını bildirib.
Qeyd edək ki, "Liverpul" - "Real" oyunu 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.